• E-poçt
    info@ramconsulting.az

  • İş saatları
    Həftə içi: 9.00 - 18.00

Haqqımızda

RAM Partners Consulting

Azərbaycan dövləti öz müstəqilliyini əldə etdikdən sonra ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün geniş şərait yaradıldı. Hal-hazırda müstəqil məsləhət biznesi inkişafda olan sektorlardan biri hesab edilir.

Konsaltinq (məsləhət vermə) - öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür.

RAM Partners Consulting peşəkarlıq və keyfiyyəti əsas tutaraq göstərdiyi xidmətlərdə qanunvericiliyin son yeniliklərini tətbiq edən, operativliyi, dəqiqliyi əsas götürən professional hüquq, biznes və maliyyə konsaltinqi xidmətlərini göstərən bir şirkətdir. Bizim hədəfimiz müştərilərimizin yüksək keyfiyyətli xidmətlərlə təmin olunmalarına yardım edən aparıcı bir şirkət qurmaqdır. Geniş təcrübəmizə əsaslanaraq, həmçinin müştəri ilə müqavilə əsasında qurulan münasibətlərin konfidensiallığını təmin edərək biz fiziki və hüquqi şəxslər üçün professional xidmətlər təklif edirik.

RAM Partners Consulting MMC-nin missiyası mövcud qanunvericiliyin tələblərini tətbiq etməklə dünyadakı yenilikləri izləyərək onlardan səmərəli şəkildə istifadə etmək və bunun əsasında beynəlxalq standartlara uyğun bir xidmət göstərməkdir. Konfidensiallıq, etibarlılıq, qarşılıqlı anlaşma və müştəri məmnuniyyəti hər zaman RAM Partners Consultingin prioritetləri olaraq qalacaq. Biz inanırıq ki, göstərdiyimiz keyfiyyətli xidmət bizi nəinki Azərbaycanda, həmçinin dünyanın digər əsas regionlarında ən yaxşı konsaltinq şirkəti edəcək. RAM Partners Consulting şirkətinin həll etməli olduğu problemlər sahəsi həddən artıq genişdir. Geniş ixtisaslaşmaya malik olan şirkət hüquq, kadr siyasəti, maliyyə, mühasibat və s. sahələrində tam xidmət spektri təqdim edir.

Ən başlıca məqsədimiz göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə kompaniyanın fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir.

Biz məhdud ixtisaslı şirkət kimi deyil, konsaltinq sahəsində geniş ixtisaslaşmaya malik olub tam xidmət spektri təqdim etmək, həmçinin Azərbaycanda fiziki və hüquqi şəxslərin, o cümlədən xarici ölkələrin nümayəndələliklərinin ən çox etibar etdiyi konsaltinq şirkəti olmaq niyyətindəyik.

Əmin ola bilərsiniz ki, cəmiyyətimizin iş prosesində əldə olunan informasiyalar tamamilə məxfi saxlanılır. "RAM Partners Consulting" MMC olaraq sizin məlumatlarınızın tam məxfi saxlanmasına, hətta məlumatlarınızın məxfiliyi sizinlə bağlanmış müqavilələrin bitməsindən sonra da zəmanət veririk.

Hüquqi xidmətlər

Biz sizə peşəkar hüquqi xidmətlər təklif edirik

Biz geniş hüquqi praktikaya əsaslanaraq, hüquqi və fiziki şəxslərə peşəkar hüquqi xidmətlər göstəririk, və müştərilərlə müqavilə münasibətlərinin tam məxfi saxlamağını təmin edirik. Həmçinin Sizə sizin ayrı-ayrı hüquqi xarakterli tapşırıqlarınızın yerinə yetirilməsində köməklik edə bilərik.
"RAM Partners Consulting" MMC olaraq öz müştərilərimizə qanunvericiliyi anlatmaqda və hüquqi problemlərin həlli yollarını axtarmaqda köməkliklər göstərir, onlara biznesin təşkilində məsləhətlər veririk.

  • Qəliz müqavilələrin mövcud qanunvericiliyin şərtlərinə uyğun şəkildə tərtib olunması, icra edilməsi, dəyişiklik olunması və xitamı ilə bağlı yaranan mübahisələrin həlli;
  • Debitor və kreditor borclanmasının təhlili və inventarizasiyası. Problemli debitor borcunun alınması (borcun geri qaytarılması), borc öhdəliklərinin idarə edilməsi;
  • Peşəkar vəkillər tərəfindən məhkəmələrdə təmsil;
  • Müvəqqəti yaşamaq üçün icazələr (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrinin alınması, həmin icazələrinin müddətlərinin uzadılması);
  • İş icazələrinin alınması (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində iş icazələrinin alınması, həmin iş icazələrinin müdətlərinin uzadılması;
  • Daimi yaşamaq üçün icazələr (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin alınması);
  • Bütün növ hüquqi şəxslərin (MMC, ASC, QSC, Filial və Nümayəndəlik) qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi;
  • Hüquqi şəxslərin xaricdə qeydiyyatı, həmçinin ləğvi;
  • Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
  • Nizamnamə kapitalındakı payların alqı-satqısı və bağışlanılması;
  • Hüquqi məsələlər üzrə şifahi konsultasiyalar;
  • Hüquqi məsələlər üzrə yazılı konsultasiyalar;
  • Mülkiyyətçinin hüquq və maraqlarına zidd olan üçüncü şəxslərin qanunsuz hərəkətlərindən mülkiyyətçinin hüquqlarının qorunması. Hüququn qeydiyyatı;
  • Hüquqi ekspertiza, biznes proyektlərin hazırlanması və müşayiəti;
  • Təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
  • İddia ərizələrinin, etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi;
  • “Offshore” trastlarından, fondlardan istifadə olunmaqla, həmçinin şirkətin mülkiyyətçiləri barədə informasiyanın maksimal dərəcədə konfidensial saxlanılmasını təmin edərək biznesinizin düşman rəqabətindən qorunması;
  • Tender üçün lazımi sənədlərin tam şəkildə hazırlanması və toplanılması;
  • Şirkətin əmtəə nişanının qeydiyyatı;
  • Lisenziya ve sertifikatların alınmasında hüquqi müşayiət;
  • Biznes proyektlərin, layihələrin hazırlanması, hüquqi ekspertizası və müşayiəti.

İnsan Resurslarının idarə edilməsinə dair xidmətlər

Biz, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, insan resurslarına dair aşağıdakı xidmətləri təklif edirik. Düşünürük ki, xidmətlərimizdən yararlanmaqla, biznes fəaliyyətinizə daha çox vaxt ayıra biləcəksiniz.

  • İşə qəbul edilən işçinin əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin toplanılması, əmək müqavilələrinin bağlanılması;
  • Vəzifə tələblərinin müəyyən edilməsi və vəzifə təlimatının hazırlanması;
  • Dövlət orqanlarına hesabatların vaxtında verilməsi;

  • Əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
  • Əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli.
  • İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması, müvafiq əmrlərin yazılması;

  • Məzuniyyət dövrünün hesablanması, məzuniyyət sənədlərinin hazırlanması;
  • Əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
  • Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;

Maliyyə və mühasibat xidmətləri

Azərbaycan iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin formalaşması və ölkədə iqtisadi fəallığın artması ilə bir sıra yeni bizneslər formalaşır. Yeni formalaşan bizneslər və yeni qurulan şirkətlərin qarşısında duran əsas məqsədlərdən biri maliyyə və mühasibatlıq sisteminin düzgün formalaşdırılması və bu xərclərin optimal səvyyədə saxlamaqdan ibarətdir.

RAM Partners Consulting maliyyə və mühasibatlıq sektorunda aşağıda göstərilən xidmətləri təklif edir:

  • Mühasibatlığın bərpası, qurulması və idarə edilməsi;
  • İlkin mühasibat sənədlərinin və hesabatların hazırlanması;
  • Fiziki şəxslərin vergi hesabatlarının hazırlanması;
  • İnvestorun maraqlarının təmin olunması üçün müəssisənin fəaliyyətinin təhlili;

  • Müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi;

  • Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;
  • Vergi orqanlarının çıxartdığı qərarların və həyata keçirdiyi hərəkətlərin hüquqi ekspertizası;



  • Məhkəməyəqədər və məhkəmədə vergi mübahisələrinin tənzimlənməsi;
  • Artıq ödənilmiş/alınmış vergi məbləğinin və yığımların geri qaytarılması/alınması. Eksport ƏDV-nin geri qaytarılması.
  • Mühasibat uçotunun tam və ya qismən aparılmаsı;
  • Daxili maliyyə hesabatlarının hazırlanması;

  • Müəssisənin aktivlərinin və öhdəliklərinin inventarizasiyasının təşkili;
  • Hazırlanmış hesabatların vergi, büdcədənkənar fondlar və digər müvafiq orqanlara təqdim edilməsi;
  • Vergi öhdəlikləri və digər ödənişlərin hesablanılması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
  • Dövlət orqanlarına hesabatların verilməsi;

  • Vergi yoxlamalarının aparılması zamanı şirkətin maraqlarının qorunması, vergi yoxlaması aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi qərarından şikaət;
  • Məhkəmələrdə vergi mübahisələrinin həlli (vergi orqanlarının qeyri-normativ aktlarının etibarsız sayılması, artıq ödənilmiş/alınmış vergi məbləğinin və yığımların geri qaytarılması/alınması);

Digər xidmətlər

Əlavə olaraq sizə aşağıdakı xidmətləri təklif edirik.

  • "Offshore" şirkətlərin qeydiyyatı;
  • Tender üçün lazımi sənədlərin tam şəkildə hazırlanması və toplanması;
  • Lisenziya və sertifikatların alınmasında hüquqi müşayət;
  • Miqrasiya xidmətləri;
  • Partnyorların qarşılaşdırılması;
  • Ümumi konsultasiyalar.
  • Qəliz müqavilələrin mövcud qanunvericiliyin şərtlərinə uyğun şəkildə tərtib olunması;
  • Əqli-mülkiyyət və əmtəə nişanlarının qeydiyyatı;
  • Biznes proyektlərin, layihələrin hazırlanması, hüquqi ekspertizası və müşayəti;
  • İnvertorun maraqlarının təmin olunması üçün müəssisənin fəaliyyətinin təhlili;
  • Biznesplanln hazırlanması və biznesin idarə olunması;

BİZİM KOMANDA

BİZİM MƏQSƏDİMİZ SİZƏ PEŞƏKAR KONSALTİNQ XİDMƏTİ GÖSTƏRMƏKDİR